<b>Türkiyədə həbsdəki kürd siyasətçiyə bəraət verildi</b>
27 noyabr 2017 16:54 (UTC +04:00)

Türkiyədə həbsdəki kürd siyasətçiyə bəraət verildi

 

Türkiyədə müxalifətdə olan Xalqların Demokratiyası Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş barəsində məhkəmə bəraət hökmü verib. Lent.az odatv-yə istinadən xəbər verir ki, 7 iyun 2015-ci il tarixindəki Sancaqtəpədəki seçkiöncəsi mitinqdə etdiyi çıxışa görə həbs edilən kürd əsilli siyasətçinin günahsız olması sübuta yetirilib.

 

Qeyd edək ki, ittiham aktında S.Demirtaş xalqı düşmənçiliyə təhrik etməkdə günahlandırılırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294

Oxşar yazılar