MDB Müdafiə Nazirləri Şurasının 69-cu iclası keçiriləcək
23 dekabr 2015 05:06 (UTC +04:00)

MDB Müdafiə Nazirləri Şurasının 69-cu iclası keçiriləcək

MDB Müdafiə Nazirləri Şurası növbəti 69-cu iclasında 2016-cı il üçün birgə fəaliyyət planını müəyyən edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.    

 

Məlumata görə, tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri, həmçinin MDB İcraiyyə Komitəsinin və MDB Müdafiə Nazirləri Şurasının Katibliyinin nümayəndələri iştirak edəcək.   

 

“MDB-yə üzv ölkələrin Hərbi Əməkdaşlıq Konsepsiyasının 2015-ci ilədək reallaşdırılmasının nəticələrini müzakirə edilməsi və 2016-cı il üçün birgə fəaliyyət planını müəyyən edilməsi  nəzərdə tutulub. İclasın  yekunlarına dair birləşdirilmiş havadan müdafiə sisteminin inkişaf etdirilməsi, rabitə sistemi, minalardan təmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsi, hərbi kadrların tədrisi, əməliyyat və döyüş hazırlığı üzrə və hərbi-idman sahəsində birgə tədbirlərin  keçirilməsinə dair məsələlər üzrə qərarlar qəbul ediləcək”, deyə məlumatda bildirilir.     

 

İclas zamanı müdafiə nazirliklərinin əməkdaşlığının müxtəlif istiqamətləri üzrə 20-dən çox məsələ nəzərdən keçiriləcək.  

 

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar