Macarıstan polisi ölkənin bir neçə bölgəsini əhatə etmiş antiterror reydlər zamanı 12 ekstremist saxlayıb.
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, paytaxt Budapeşt yaxınlığındakı anbarlama baxış zamanı silah-sursat aşkarlanıb.
Saxlanılanların ultra-sağçı Milli Cəbhə ilə əlaqədə olduğu bildirilir. Bu hərəkatın lideri ötən il polis əməkdaşını qətlə yetirdiyinə görə həbs olunub.