Liviyada qaçqınlar şəhəri tikilə bilər
25 sentyabr 2016 01:29 (UTC +04:00)

Liviyada qaçqınlar şəhəri tikilə bilər

0

Macarıstanın baş naziri Viktor Orban Liviya sahillərində qaçqınlar şəhəri inşa etməyi təklif edib.

 

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Orban Vyanada “Balkan marşrutu” ölkələrinin sammitində deyib.

 

Onun sözlərinə görə, başqa ölkələrdə sığınacaq almağa səy göstərən afrikalı qaçqınlar həmin şəhərdə yerləşdirilə bilər.   

 

Miqrasiya probleminin həlli yollarına həsr olunmuş  “Balkan marşrutu” ölkələrinin sammitində Avstriya, Almaniya, Bolqarıstan, Albaniya, Yunanıstan, Xorvatiya, Makedoniya, Serbiya, Sloveniya, Rumıniya və Macarıstan liderləri iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 447

Oxşar yazılar