Güclü yağış Gürcüstanın Kaxeti bölgəsində ciddi fəsadlar törədib.
APA-nın yerli bürosunun məlumatına görə, çay səviyyəsinin qalxması nəticəsində Siqnaxi və Laqodexi rayonlarının 4 kəndində daxili yolları və yaşayış evlərini su basıb.
Fövqəladə halların İdarə olunması Xidməti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə tədbirləri davam etdirir.
Gürcüstanda qeyri-sabit hava şəraitinin sabah da davam edəcəyi gözlənilir. Fövqəladə halların İdarə olunması Xidməti və digər aidiyyatı qurumlar xüsusi rejimə keçiblər.