Lavrovdan ABŞ-a <span style="color:red;">İTTİHAM
26 noyabr 2015 12:29 (UTC +04:00)

Lavrovdan ABŞ-a İTTİHAM

ABŞ dövlət katibi Con Kerri Rusiyanın xarici işlər naziri Serqey Lavrova zəng edib. Lent.az-ın Vesti.ru-ya istinadən məlumatına görə, dövlət katibi Rusiyanın SU-24 bombandman təyyarəsində ölən hərbçilərə görə başsağlığı verib, Türkiyə ilə Rusiya hökumətləri arasında gedən dialoqlarda hər iki tərəfi sakitləşməyə çağırıb.

 

Serqey Lavrov isə öz növbəsində Suriyada hərbi aviasiya təhlükəsizliyinin təmin edilməsi haqqında Rusiya-ABŞ memorandumunun kobud şəkildə pozulduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ Türkiyə də daxil olmaqla rəhbərlik etdiyi koalisiyanın bütün tərəflərin qaydalara riayət etmək barədə öz üzərinə məsuliyyət götürmüşdü. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Oxşar yazılar