Şimali Koreyanın buraxdığı raket 500 km uçaraq, Yapon dənizinə düşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya hərbi komandanlığından bildirilib.
“Buraxılan raketin orta mənzilli “Musudan” və ya kiçik mənzilli “Nordon” tipli raket olduğu ehtimal olunur”, - deyə mənbə bildirib.
Raket Şimali Koreyanın Phönan-Pukto əyalətindəki kosmodromdan yerli vaxtla saat 07.55-də buraxılıb (Bakı vaxtı ilə 02.55-də). Raketin uçuş trayektoriyası hələlik müəyyənləşməyib.