Krım Muxtar Respublikası Ali Radasının Rəyasət Heyəti yerli sakinlərə müraciət edib.
APA-nın Krım informasiya agentlyinə istinadən verdiyi məlumata görə, müraciətdə Krım Ali Radası Rəyasət Heyətinin referendumun keçirilməsi haqda qərar verdiyi bildirilir.
“Radikal millətçilərin Ukraynada hakimiyyəti ələ keçirməsi nəticəsində Krımda sabitlik təhlükə altına düşüb. Ukrayna xaos, hərcmərclik və iqtisadi fəlakətə yuvarlanır. Bu şəraitdə Krım Ali Radası muxtar respublikanın taleyinə görə məsuliyyəti öz üzərinə götürür. Radanın Rəyasət Heyətinin üzvləri əmindir ki, muxtar respublikanın statusunun təkmilləşdirilməsi və səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı referendumun keçirilməsi kənar təzyiq olmadan muxtariyyatın gələcəyini müəyyən etməyə kömək edəcək”, - deyə müraciətdə vurğulanıb.