Kraliça 49 min homoseksualı ölümündən sonra əfv etdi
01 fevral 2017 00:13 (UTC +04:00)

Kraliça 49 min homoseksualı ölümündən sonra əfv etdi

Böyük Britaniya kraliçası II Yelizaveta 49 min homoseksualı ölümündən sonra əfv edib.

 

“Qafqazinfo”nun “The Guardian”a istinadən verdiyi məlumata görə, kraliça 1954-cü ildə intihar etmiş məşhur ingilis riyaziyyatçı, homoseksual Alan Türinqin şəfərinə adlandırılan “Alan Türiqin qanunu” adlı müvafiq sənədi bu gün imzalayıb.

 

“Bu, həqiqətən də unudulmaz gündür. Biz vurulmuş zərbəni bərpa edə bilmərik, lakin buna görə üzr istəyərək onu düzəltmək üçün nə lazımdırsa görmək qərarına gəlmişik. Mən “Türinq qanunu”nun bizim kabinet tərəfindən qəbul olunmağına görə çox fəxr edirəm”, - deyə ədliyyə nazirinin müavini Sem Qiym bildirib.

 

Qeyd olunur ki, əfv siyahısı ümumilikdə 49 min nəfərə şamil olunub ki, onlar hazırda qanunvericilikdə mövcud olmayan maddələr üzrə ittiham olunublar.

 

Homoseksuallıq Birləşmiş Krallıqda 1967-ci ilə qədər, Şotlandiyada 1980-ci ilə qədər, Şimali İrlandiyada isə 1982-ci ilə qədər cinayət hesab olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Oxşar yazılar