Kolumbiyada tarixi sülh sazişi əldə olundu
25 avqust 2016 05:28 (UTC +04:00)

Kolumbiyada tarixi sülh sazişi əldə olundu

Kubanın paytaxtı Havanada Kolumbiya hökuməti və  "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC)  radikal təşkilatı  arasında 50 ildən çox davam edən münaqişədən sonra atəşkəsə dair tarixi sülh sazişi əldə olunub.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, sənədi Kolumbiya hökumətinin nümayəndəsi Umberto Kalle  və üsyançıların liderlərindən biri İvan Maekes imzalayıb.

 

"Hökumət və FARC nümayəndələri bəyan edir ki, Kolumbiyada münaqişəyə son qoyulması,  sabit və uzunmüddətli sülhün bərqərar olması naminə yekun razılığa gəlib”, məlumatda deyilir.

 

Qeyd edək ki, Kolumbiya hakimiyyəti 2002-ci ildən ABŞ-ın dəstəyi ilə "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri”  təşkilatına qarşı  mübarizə aparır. ABŞ Dövlət Departamenti FARC-ı terrorçu təşkilatlar siyahısına daxil edib.

 

Xatırladaq ki, solçu radikal FARC qruplaşması təxminən 50 ildir Kolumbiya hökumətinə qarşı silahlı mübarizə aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar