ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 9% qabaqlayır.
APA-nın xəbərinə görə, “Bloomberg” agentliyi tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 47 faizini, Tramp isə 38 faizini toplaya bilər.
Hazırda Las-Veqas şəhərində prezidentliyə namizədlər arasında sonuncu teledebatlar keçirilir. Rəy sorğularının nəticələrinə əsasən, ilk iki teledebatların qalibi Hillari Klinton olub.
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.