Kimya üzrə Nobel mükafatçısı Stokholmda elan ediləcək
09 oktyabr 2019 06:46 (UTC +04:00)

Kimya üzrə Nobel mükafatçısı Stokholmda elan ediləcək

 
 
 
Kimya üzrə Nobel mükafatının təqdimat mərasimi dekabrın 10-da Stokholmun “Stokholm Filarmoniyası”nda keçiriləcək.
 
APA TASS-a istinadla xəbər verir ki, İsveç Kral Elmlər Akademiyasındakı Kimya üzrə Nobel Komitəsi həmin gün 2019-cu ilin bu sahədə Nobel mükafatı sahibinin adını elan edəcək. 
 
ABŞ-ın “Clarivate Analytics” şirkətinin araşdırmasına görə, eyni zamanda tədqiqatçıların qənaətinə əsasən, kimya sahəsində mükafatı Münhen Universitetindən Rolf Huysqen və Kopenhagen Universitetindən Morten Meldal ala bilərlər. 
 
Digər iddiaçılar sırasında kimya sahəsində elmi kəşflərinə görə önə çəkilən Oksford Universitetinin professoru Edvin Souzern, Kolorado Universitetindən Marvin Karuters, Sietl Sistem Biologiyası İnstitutundan Leroy Hud və Sakit Okean Biosistemlər Biologiyası İnstitutunun direktoru Maykl Hankapillerin də adları çəkilir.
 
İsveçli müşahidəçilər isə fransız Emmanuel Şarpente və amerikalı Cennifer Daudnenin ali mükafata layiq görüləcəklərini istisna etmirlər. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732
avatar

Oxşar yazılar