
Kərkük, Mosul kimin olacaq?
Bugünkü “Manşet”də siyasi-ekspert Arzu Nağıyev “Kərkük, Mosul kimin olacaq?” mövzusunda aparıcı İlham Tumasın suallarına cavab verib.
- Əməliyyatın oktyabr ayında başlaması təsadüfi deyil, ABŞ-da prezident seçkiləri yaxınlaşır. İŞİD terror təşkilatı İraq üçün tarixi, strateji və iqtisadi baxımdan böyük əhəmiyyətə malik olan Mosulu iki il əvvəl ələ keçirib. İki ildən sonra şəhərin terror təşkilatından təmizlənməsi üçün 17 Oktyabrda əməliyyat başladılıb.
- İlk olaraq Mosul İraqda paytaxt Bağdaddan sonra ikinci ən böyük şəhərdir. Region həm Suriya, həm də Türkiyə sərhədinə yaxın olduğu üçün strateji olaraq çox əhəmiyyətli bir nöqtədir və ticarət baxımından böyük əhəmiyyət daşıyır. Bundan başqa, şəhər böyük neft ehtiyatları ilə də diqqət çəkir.
- Konkret olaraq Kərkük və Mosulun kiminsə olacağını düşünmürəm. O da var ki, Türkiyəsiz Yaxın Şərq ola bilməz və hər hansı bölgü olarsa, o bölgüdə Türkiyə iştirak etməlidir. Ancaq İraq dövlətinin bölünməsi və kimlər tərəfindən idarə ediləcəyi haqda proqnoz vermək çətindir.
- Bir həftə əvvəl əməliyyatın nə zaman başlayacağından bəhs edilirdi, indi isə Mosul əməliyyatının nə vaxt nəticə verəcəyi müzakirə edilir. ABŞ generalları çıxışlarında əməliyyatın ən azı 1-2 ay davam edəcəyini deyib. Son olaraq İraq Baş naziri əməliyyatlarda gözlədiklərindən daha sürətlə irəlilədiklərini ifadə edib.
- İndi Türkiyə tək türkmanları dəstəkləsə, bu, humanitar baxımdan düzgün qəbul edilməz. İraqla Türkiyə arasında bölünməyən heç nə yoxdur. Əməliyyatın ən azından bilinən əsas hədəfi, Mosulu İŞİD-dən təmizləyib yenidən İraq hökümətinə geri qazandırmaqdır. Türkiyə rəhbərliyi də uzun zamandan bəri əməliyyata qoşulmaq üçün israr edir və son zamanlarda İraq rəhbərliyi ilə bu məsələdə diplomatik mübahisələr baş verdi.
Oxşar yazılar

Voronejdə azərbaycanlı iş adamı yenidən saxlanıldı
17 avqust 2025 , 03:25
Məşhur çimərliyə giriş bağlandı
17 avqust 2025 , 02:41
Lavrov Fidanla Alyaska görüşündən danışdı
17 avqust 2025 , 00:45
Suriyanın paytaxtında PARTLAYIŞ
16 avqust 2025 , 23:42
Uels şahzadəsi həyat yoldaşı ilə yeni evə köçür
16 avqust 2025 , 22:12
Zelenski sülh müqabilində Donbası verməkdən imtina etdi
16 avqust 2025 , 21:19
Bu ölkə bir neçə ilə tamamilə yox olacaq - Dünyanın xəritəsi DƏYİŞƏCƏK
16 avqust 2025 , 20:15