Keçmiş prezidentin yerini deyənə külli miqdarda pulb verəcəklər
12 fevral 2017 14:13 (UTC +04:00)

Keçmiş prezidentin yerini deyənə külli miqdarda pulb verəcəklər

 

Peru hakimiyyət orqanları keçmiş prezident Alejandro Toledonun həbsinə gətirib çıxaracaq informasiya üçün 30 min dollar mükafat təyin edib. Lent.az virtualaz.org-aistinadən xəbər veri ki, bundan əvvəl hakim onunla bağlı 20 milyon dollarlıq rüşvət ittihamı ilə keçmiş prezidentin həbsinə order verib.

 

Toledo hökumət kontraktlarının verilməsi müqabilində Braziliyanın Odebrecht tikinti firmasından rüşvət almaqda ittiham olunur. Onun özü bu itihamları rədd edir.Peru rəsmiləri inanırlar ki, o, hazırda ABŞ-ın San Francisco şəhərindədir və İsrailə səfər etməyə hazırlaşır.

 

2001-2006-cı illərdə prezident olmuş Toledo San Francisco yaxınlığındakı Stanford Universitetində mühazirə oxuyur və onun arvadı Eliane Karpın İsrail vətəndaşlığı var. O, ABŞ və İsrail hökumətlərinə artıq rəsmi müraciət edilib.

 

Odebrecht firmasına gəlincə isə, onunla bağlı çox böyük rüşvət qalmaqalı ABŞ Ədliyyə Nazirliyi tərəfindən araşdırılır. Firma nazirliklə cəzanın yüngülləşdirilməsi müqabilində Latın Amerikası boyunca 800 milyon dollar rüşvət verdiyini etiraf edib. Firma həmçinin Peruda 2005 və 2014-cü illərdə kontraktlar almaq məqsədilə 29 milyon dollar rüşvət verdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Oxşar yazılar