İspaniya hökuməti Kataloniyanın muxtariyyat statusunun dayandırılmasına dair qərar verib.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İspaniya baş naziri Mariano Rahoy bəyan edib.
O bildirib ki, Madrid Kataloniya hökumətinin bütün üzvlərini hakimiyyətdən kənarlaşdırır. M. Rahoyun sözlərinə görə, Kataloniyada növbədənkənar parlament seçkiləri keçiriləcək.
"Muxtariyyat məhdudlaşmır, sadəcə qanun çərçivəsindən çıxan hökumət kənarlaşdırılır", - deyə o vurğulayıb.