Kanadada məscidi atəşə tutan tələbə saxlanıldı
31 yanvar 2017 06:17 (UTC +04:00)

Kanadada məscidi atəşə tutan tələbə saxlanıldı

Kanadanın Kvebek şəhərində məscidin atəşə tutulmasında bir nəfər şübhəli bilinir. APA TV-nin məlumatına görə, bu, 27 yaşlı Aleksandr Bisonetdir.

 

Məscidə hücum bazar günü axşam namazı vaxtı edilib. Maskalı iki şəxs məsciddəkiləri gülləbaran edib. Həmin vaxt ibadət ocağında 100-ədək müsəlman olub. Hadisə nəticəsində 6 nəfər ölüb, azı 18 nəfər xəstəxanalara çatdırılıb Yaralılardan 5-inin vəziyyəti ağırdır

 

Kanada KİV-i xəbər verib ki, hadisəyə görə Kvebek universitetinin iki tələbəsi - yerli sakin Aleksandr Bisonet və Mərakeş əsilli Məhəmməd Xadir saxlanılıb. Kanada hökuməti insidenti terror aktı kimi qiymətləndirib.

 

Fransızdilli Kanada vətəndaşı Aleksandr Bisonet hadisədən sonra avtomobillə məsciddən uzaqlaşıb. O, polisi də özü çağırıb. Polis əməkdaşları qısa danışıqlardan sonra Aleksandr Bisoneti Orlean adasına gedən körpüdə saxlayıblar. Onun avtomobilindən odlu silahlar, o cümlədən, avtomat götürülüb. Məhəmməd Xadir isə məscidin yaxınlığında yaşadığı evdə saxlanılıb. Lakin dindirmədən sonra onun adı işdə şahid kimi keçir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Oxşar yazılar