Kamçatka silkələndi
31 mart 2017 04:29 (UTC +04:00)

Kamçatka silkələndi

Kamçatkanın şərq sahilindəki Ozernaya körfəzi rayonunda  6,1 bal gücündə zəlzələ olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 40 km dərinlikdə qeydə alınan zəlzələnin episentri Ust-Kamçatsk qəsəbəsindən 76 km şimal-şərqdə qeydə alınıb.

 

Yeraltı təkanlar iki yaşayış məntəqəsi – Klüçi və Ust-Kamçatsk qəsəbələrində 3-4 bal gücündə hiss olunub. İlkin məlumata görə, zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar olmayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 158
avatar

Oxşar yazılar