İtaliya yenidən silkələndi
01 sentyabr 2016 00:04 (UTC +04:00)

İtaliya yenidən silkələndi

0

İtaliyanın mərkəzi bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Norça şəhərindən (Umbriya vilayəti) 7 km şimal-şərqdə, ocağı isə 6 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

 

Qeyd edək, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə  zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib, 300-ə yaxın insan təbii fəlakətin qurbanı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar