İsrail Suriya ordusunu atəşə tutdu
08 sentyabr 2016 04:40 (UTC +04:00)

İsrail Suriya ordusunu atəşə tutdu

0

İsrail aviasiyası Suriya ordusunun mövqelərini atəşə tutub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

 

“İsrail Hərbi-Hava Qüvvələri Suriya ordusunun Qolan yüksəkliyindəki mövqelərini atəşə tutub”, İsrail ordusunun mətbuat xidməti bildirib.

 

Qeyd olunur ki, bundan əvvəl İsrailin nəzarətindəki Qolan yüksəkliyi Suriya ərazisindən qumbaraatanlardan atəşə tutulub. “İsrail ordusu ölkənin təhlükəsizliyini təmin etmək üçün qətiyyətli addımlar atmağa davam edəcək”, mətbuat xidmətinin məlumatında vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar