Əfqanıstanda girov götürülən İspaniya vətəndaşı azad edilib.
APA-nın xəbərinə görə, bu barəfdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatında deyilir.
Məlumata görə, BQXK-nin əməkdaşı olan Xuan Karlos dekabrın 19-da Gündüz əyalətində girov götürülmüşdü. BQXK əməkdaşının azad edildiyinə görə Əfqanıstan hökumətinə minnətdarlığını bildirib.
X.Karlosun necə azad edildiyi barədə məlumat verilmir.