İslam Kərimovun ölümünün səbəbi açıqlandı
03 sentyabr 2016 00:15 (UTC +04:00)

İslam Kərimovun ölümünün səbəbi açıqlandı

0

Özbəkistan höküməti öz rəsmi saytında prezident İslam Kərimovun xəstəliyi və ölümü ilə bağlı tibbi ekspertizanın nəticələrini dərc edib.

 

Oxu.Az-ın xəbərinə görə, məlumatda bildirilir ki, Kərimov avqustun 27-i səhər saaatlarında təcili şəkildə Özbəkistan Səhiyyə nazirliyinin Mərkəzi xəstəxanasına gətirilib. Xəstəyə beyin qan dövranının kəskin pozulması (insult) diaqnozu qoyulub.

 

Məsləhətləşmələri dünyanın aparıcı klinikalarının mütəxəssisləri, o cümlədən akademik Leo Bokeriya — Bakulev adına Ürək-Damar cərrahiyəsinin Elmi Tədqiqat Mərkəzinin direktoru, professor Əmir Sami — Hannover beynəlxalq neyrocərrahiyə institutunun vitse-prezidenti və icraçı direktoru, professor Hüqo Katus — Heydelberq Universitet xəstəxanasının kardiologiya şöbəsinin müdiri aparıblar.

 

Qeyd olunur ki, Kərimovun xəstəxanaya yerləşdirildiyi vaxtdan vəziyyəti atonik koma kimi qiymətləndirilirdi.

 

Cümə günü, sentyabrın 2-də, saat 20.15 radələrində həkimlər İ.Kərimovun ürək fəaliyyətinin dayanması ilə ölüm faktını qeydə alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 367

Oxşar yazılar