İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlanıb
22 yanvar 2017 14:41 (UTC +04:00)

İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlanıb

İraqın Tikrit şəhərində Prezident Sarayının ərazisində 98 nəfərin cəsədinin olduğu kütləvi məzarlıq aşkarlanıb.

 

APA-nın DW nəşrinə istinadən verdiyi məlumata görə, İraq xüsusi xidmət orqanları bu şəxslərin İŞİD terror təşkilatının qurbanları olduğunu bildirib.

 

Ehtimal edilir ki, öldürülənlər 2014-cü ilin ortalarında İraqın şimal və şərqində böyük bölgələr ələ keçirən İŞİD-in təqibindən qaçmağa çalışan əsgərlərdir. Həmin vaxt İŞİD 1700 əsgərin edam edildiyini, 800 sünni əsgərin isə “bağışlandığı” bəyan etmişdi.

 

Qeyd edək ki, İŞİD 2015-ci ilin martında azad edilib. İndiyə qədər şəhərdə bir neçə kütləvi məzarlıq aşkarlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254
avatar

APA Baycan

Oxşar yazılar