İŞİD terror təşkilatının lideri Əbubəkir əl-Bağdadinin Rakka şəhərinə hava zərbəsi zamanı öldürüldüyü barədə xəbər yayılıb.
APA-nın məlumatına görə, bu barədə “Daily Mail” qəzeti Suriya Dövlət Televiziyasına istinadən məlumat yayıb.
Ancaq terrorçuların “Amaq” saytı bunu təsdiqləyən məlumat yaymayıb.
Qeyd edək ki, indiyə qədər KİV-də bir neçə dəfə İŞİD liderinin öldürülməsi barədə xəbər yayılsa da, bu, təsdiqini tapmayıb.