Mosul yaxınlığındakı Kayara şəhərində minədək sakin toksiki qazdan zəhərlənmə əlamətləri ilə xəstəxanalara yerləşdirilib.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, toksiki qazdan kütləvi zəhərlənmə Mosul yaxınlığında yerləşən kükürd zavodunda yanğın törədildikdən sonra qeydə alınıb. Yanğının İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.
Toksiki qazdan zəhərlənmə halları oktyabrın 21-dən qeydə alınmağa başlayıb.