İŞİD silahlıları İraqın Naynava əyalətinin inzibati paytaxtı Mosul yaxınlığındakı əczaçılıq müəssisəsini yandırıblar. APA-nın xəbərinə görə, bu barədə “Sputnik”ə əyalətdəki mənbə bildirib.
“Bu zavod 2007-ci ildə ISO sertifikatı alıb və şimal regionda ən yaxşı müəssisə sayılırdı”, - deyə mənbə qeyd edib.
Qeyd edək ki, Mosulun terrorçulardan azad edilməsi əməliyyatı oktyabrın 17-dən davam edir.