ABŞ hərbçiləri bu ilin fevralında İŞİD terror qruplaşmasının kimyəvi silah istehsalı üzrə bölməsinin rəhbəri Əbu Daud adı ilə tanınan Süleyman Daud əl-Bəkkarı saxlayıblar. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Məlumata görə, terrorçu ötən gün İraqın hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilib.
Pentaqonun məlumatına əsasən, saxlanılan terrorçunun dindirilməsi nəticəsində kimyəvi silahların istehsal olunduğu və saxlanıldığı obyektlər barədə məlumatlar əldə etmək mümkün olub.