İŞİD-in “Qafqaz əmiri”ni öldürdülər
İŞİD terror qruplaşmasının başçısı Əbubəkr əl-Bağdadinin əsas köməkçilərindən biri öldürülüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “Qafqaz əmiri” ləqəbli terrorçu Mosulun qərbində, yaşadığı evin qarşısında güllələnib. Naməlum şəxslər “Qafqaz əmiri” ləqəbli Xasbulla əl-Qafqazini Mosulun qərbində, Təl-Afərdəkı evinin yaxınlığında öldürüblər.
Qeyd edək ki, İraq ordusu və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri keçən ilin oktyabr ayından Mosulun azad edilməsi üçün əməliyyat aparır. Bu ilin fevral ayından etibarən hərbçilər şəhərin qərb istiqamətində hərəkətə keçib.
224