İraq vətəndaşları ABŞ-a buraxılmadı
29 yanvar 2017 01:58 (UTC +04:00)

İraq vətəndaşları ABŞ-a buraxılmadı

İraqın 5 və Yəmənin 1 vətəndaşı “EgyptAir” aviaşirkətinin  Qahirə-Nyu-York marşrutu ilə uçan  təyyarəsinin göyərtəsinə buraxılmayıblar. Buna səbəb ABŞ prezidenti Donald Trampın bir neçə ərəb ölkəsinin vətəndaşlarının ölkəyə girişinə müvəqqəti qadağan olunmasına dair fərman olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Sky News Arabia” nəşri bildirib.   

 

Qeyd edək ki,  Donald Trampın imzaladığı fərmana əsasən, qaçqınların qəbulu 120 gün müddətinə dayandırılıb. Bundan başqa, Suriya qaçqınlarının qəbulu qeyri müəyyən müddətə, İran, İraq, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ölkəyə girişi isə 90 gün müddətinə dayandırılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Oxşar yazılar