İranın Ali lideri: "ABŞ-la müzakirə problemlərimizin həlli yolu deyil"
13 iyun 2019 14:20 (UTC +04:00)

İranın Ali lideri: "ABŞ-la müzakirə problemlərimizin həlli yolu deyil"

“İran Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öncəki müzakirələrdən əldə etdiyi acı təcrübəsini bir daha təkrarlamayacaq”.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İranın Ali lideri Ayətullah  Xamenei bu gün səhər Yaponiya baş naziri  Şinzo Abenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. Bildirib ki, heç bir azad və ağıllı xalq təzyiqlər altında müzakirəni qəbul  etmir:
 
“Bizim  ABŞ-la problemimiz  rejimin dəyişməsi məsələsi deyil. Onların belə bir niyyətləri olsa belə, icra etməkdə acizdirlər. ABŞ-ın öncəki prezidentləri  ötən 40 il ərzində İranı məhv etmək üçün çalışdılar, lakin bacarmadılar. İran  5-6 il  5+1 formatında ABŞ və Avropa ölkələri ilə  nüvə mövzusunu müzakirə edib və nəticə də əldə edib. Lakin  ABŞ  bu razılığı pozdu və öhdəliyini yerinə yetirmədi.  Bu baxımdan hansı  ağıllı şəxs verdiyi sözləri yerinə yetirməyən bir ölkə ilə müzakirəni davam edər? Biz düşünürük ki,  ABŞ-la müzakirə problemlərimizin həlli yolu deyil,  heç bir azad xalq təzyiqlər altında müzakirəni qəbul  etməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843
avatar

Oxşar yazılar