<span style="color:red;">İrandan sərt ittiham:  ABŞ İŞİD-i dəstəkləyir
19 sentyabr 2016 17:53 (UTC +04:00)

İrandan sərt ittiham: ABŞ İŞİD-i dəstəkləyir

0

 

İran Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyanın Deyr er Zor şəhərində Suriya ordusuna aid hərbi bazanı hədəf almasını şiddətli qınayıb.

 

Lent.az-ın “sözcü”-ə istinadən məlumatına görə, İran XİN-in yazılı açıqlamasında bu hücum ABŞ-ın İŞİD-i dəstəklədiyinin göstəricisi kimi qələmə verilib.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Behram Kazımi yazılı açıqlamasında bildirib ki, ABŞ-ın bu hərbi bazaya hücumu ilə İŞİD-in hücumunun üst-üstə düşməsi  terror təşkilatının ABŞ-ın dəstəyini aldığını göstərir.

 

Qeyd edək ki, ABŞ-ın Suriya ordusuna hava hücumu zamanı 62 suriyalı əsgərin öldüyü haqda məlumat verilmişdi.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar