İranda sevgilisinə əhaliyə açıq olan məkanda evlilik təklif etdiyi üçün gənc və sevgilisi həbs olunub.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan bir video qalmaqala səbəb olub. İranda çəkildiyi bildirilən videoda bir gənc öz sevgilisinə hər kəsin gözü önündə evlilik təklifi edib. Qadın da müsbət cavab verərək təklifi qəbul edib. Bundan sonra üzüklər taxılıb.
Bu hadisədən sonra İran polisi gəncləri saxlayıb. Səbəb isə İranda cəmiyyət içində evlilk təklifi edilməsinin qadağan edildiyi, qanunlara zidd olduğu göstərilib. Bölgənin polis şefi bu halın gənclərə pis nümunə olduğunu bildirib. Polis bildirib ki. dünyanın başqa yerlərində populyar olan bu hərəkəti İranda etmək olmaz. "Çünki bunlar İran qanun və adət-ənənlərinə yaddır".
Xəbərdə gənclərin zəminlə sərbəst buraxıldığı qeyd olunub.