İran yeni neft yataqları tapdı
07 fevral 2017 01:25 (UTC +04:00)

İran yeni neft yataqları tapdı

İranda ehtiyatı 15 milyard barel olan yeni neft yataqları tapılıb.

 

APA-nın xəbərinə görə, bu barədə İran Milli Neft Şirkətinin məlumatında deyilir.

 

Məlumatda ölkənin qaz ehtiyatlarının 1,8 trilyon kubmetr artdığı da qeyd olunur.

 

Aprel ayınadək İran neft hasilatının həcmini sutkada 4 mln. barelədək artırmaq niyyətindədir. Bununla belə, OPEK-lə razılaşmaya əsasən, İranın sutkalıq hasilat həcmi 3,79 mln. bareli keçməməlidir.

 

Qeyd edək ki, 2016-cı ilin noyabrında Vyanada OPEK ölkələri ümumi hasilatın  sutkalıq həcmini  32,5 mln. barel səviyyəsinə endirməyi qərara alıblar. Barəsindəki sanksiyaların yeni ləğv edildiyinə görə, İran istisna olunmuşdur.  OPEK İrana hasilat həcmini sutkada 90 min barel (ümumilikdə 3,797 mln. barel səviyyəsinədək) artırmağa icazə vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 142
avatar

Oxşar yazılar