İranın Ali dini lideri Əli Xameneyinin məhkəmənin qərarını təsdiqləməsi ilə 1117 məhkumdan bəziləri əfv edilib, bəzilərinin isə cəza müddəti azaldılıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin Məhkəmə sədri İbrahim Rəisinin təklifi və Ali dini liderin təsdiq etməsi ilə artıq məhkumların cəzalarına uyğun olaraq tənzimləmə aparılıb.
Qərarın həzrəti Məhəmmədə peyğəmbərlik səlahiyyətinin verilməsi və İranda respublika rejiminə keçilməsinin ildönümü ilə əlaqədar olduğu bildirilib.
1117 min məhkumdan neçəsinin əfv olunduğu, neçəsinin isə cəzasının azaldıldığı ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, İran Konstitutsiyasının 110-cu maddəsinin 11-ci bəndinə görə, Xameneyinin tutduğu vəzifəyə uyğun olaraq məhkumları əfv etmək səlahiyyəti var.