İndoneziyada torpaq sürüşməsi: 13 ölü
08 dekabr 2016 06:25 (UTC +04:00)

İndoneziyada torpaq sürüşməsi: 13 ölü

İndoneziyanın Yava adasında baş verən iki torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, birinci torpaq sürüşməsi zamanı Halimun-Salak milli qoruğunda qanunsuz qazıntılar aparan 11 nəfər, daha sonra isə Çikatomas kəndində daha 2 nəfər həyatını itirib.

 

İndoneziyanın təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üzrə milli İdarəsinin  hesablamalarına əsasən, bu ilin əvvəlindən ölkədə 487 torpaq sürüşməsi faktı qeydə alınıb, 161 nəfər ölüb, 88 nəfər xəsarət alıb. Torpaq sürüşməsi minlərlə evi dağıdıb, 38 092 nəfərə ziyan vurub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306

Oxşar yazılar