İki qadın bir pişiyə görə məhkəməyə düşdü
23 may 2017 07:25 (UTC +04:00)

İki qadın bir pişiyə görə məhkəməyə düşdü

İtaliyanın Liquriya vilayətində bir pişik məhkəmə predmeti olub.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, 4 yaşlı ev heyvanı bir evdə yaşayır, amma həmin evə qonşu olan evdə gecələyirmiş. Bu səbəbdən də hər iki evin sahibəsi olan qadınlar ona fərqli adlar qoyublar – Bantik və Tekila. Onlardan biri polisə müraciət edərək evindən oğurluq baş verdiyini deyib. Qadının sözlərinə görə, qonşusu pişiyini də götürərək köçüb. Prokurorun qərarına görə, ev heyvanı yeni sahibəsindən alınaraq köhnə sahibəsinə geri qaytarılıb. İkinci qadın isə qərardan apelyasiya şikayəti verib.

 

Yerli qəzetlər isə yazıblar ki, ümumiyyətlə, pişiyin oğurlanması barədə ortada hər hansı sübut yoxdur. Heç onun birinci qadına məxsus olması haqda da sübut ortada yoxdur. Buna görə də onu özü ilə aparan qadına geri qaytarıblar.

 

Son nəticədə isə qadınlar yenə də pişiyin kimə məxsus olması barədə razılığa gələ bilməyiblər. Ona görə də ev heyvanının oğurlanması barədə iş vətəndaş işləri ilə bağlı məhkəməyə göndərilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Oxşar yazılar