Argentinanın Markos Pas şəhəri yaxınlığında “Cessna 210” tipli kiçik təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəzadan sonra təyyarə yanıb. Təyyarədə olan şəxslərdən heç biri sağ qalmayıb.
İlkin məlumata görə, qəzaya səbəb təyyarədə yaranmış nasazlıq olub.
Bundan başqa, Qvatemalanın paytaxtında helikopter qəzaya uğrayıb, nəticədə 4 nəfər ölüb. Helikopter özəl şirkətə məxsus olub. Qəzanın səbəbləri açıqlanmır.