
İinsan orqanlarının bioçapında İNQİLABİ İRƏLİLƏYİŞ
ABŞ-ın Rays Universitetinin biomühəndisləri toxumaların bioçapında inqilabi irəliləyişə nail olublar. Belə ki, alimlər təbii qan damarlarını, limfa və digər həyati əhəmiyyətli mayeləri imitasiya edən dolaşıq damar şəbəkələri yaradıblar.
Lent.az "ictnews"a istinadən xəbər verir ki, tədqiqat zamanı biomühəndislər tənəffüs yolları qan damarlarına oksigen çatdıran ağciyəri imitasiya edən hava kisəsinin hidrogel modelini hazırlayıblar. Bundan başqa, tədqiqatçılar qaraciyər toxumasının istifadə edildiyi bioçap konstruksiyalarının implantasiya olunduğu siçanlar üzərində eksperiment aparıblar. Tədqiqatçılar qeyd edib ki, işlək toxuma əvəzedicilərinin yaradılmasında ən böyük maneələrdən biri mürəkkəb orqanizm daxilində qida maddələrinin ötürülməsi üçün xidmət edən damar şəbəkəsini çap etməyin qeyri-mümkünlüyü olub.
Universitet əməkdaşlarının sözlərinə görə, onlar tərəfindən hazırlanan orqanların tərkibində müstəqil damar şəbəkələri – ağciyərdə və öd yollarında qan damarları və qaraciyərdə qan damarları var. Bu şəbəkələr həm fiziki, həm də biokimyəvi baxımdan dolaşıqdır, onların arxitekturası isə toxuma funksiyası ilə bağlıdır.
Biomühəndislər qrupunun məqsədi xəstənin hüceyrələrindən istifadə etməklə sağlam və funksional orqanlar üçün bioçap imkanının yaradılmasıdır. Nəticədə onların köçürülməsi zamanı insanda qopma halları olmayacaq. Həmçinin bu, donorlara ehtiyacı aradan qaldıracaq.
Oxşar yazılar

Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58