Türkiyədə FETÖ qruplaşmasına qarşı əməliyyatlar çərçivəsində saxlanılan İstanbulun keçmiş polis rəisi Hüseyn Çapkın həbs tələbi ilə məhkəməyə göndərilib. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, avqustun 30-da iki mülki şəxslə birgə saxlanılan H.Çapkın barəsində növbətçi hakim qərar verəcək.
Qeyd edək ki, H.Çapkın Türkiyədə çox tanınmış şəxslərdəndir o, ömrünün 38 ilini polis rəisi kimi keçirib.