Honkonqda etiraz aksiyaları zamanı polislə qarşıdurma olub, xəsarət alanlar var
10 iyun 2019 05:06 (UTC +04:00)

Honkonqda etiraz aksiyaları zamanı polislə qarşıdurma olub, xəsarət alanlar var

Honkonqda polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və dəyənəkdən istifadə edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “RTHK” telekanalı məlumat yayıb.

 

Polisin qənaətinə görə, aksiyalarda təxminən 240 min etirazçı iştirak edib. Polis aksiya fəallarından yeddisini saxlayıb.

 

Bildirilir ki, etirazçılar asayiş keşikçilərinə butılkalar atıb. Polis isə bunun cavabında dəyənəkdən və gözyaşardıcı qazdan istifadə etməli olub. Nəticədə iki polis əməkdaşı yaralanıb. Onlardan birinin gözündən ciddi xəsarət aldığı deyilir. Qarşıdurmalarda yerli telekanalların bir neçə jurnalisti və operatorları da xəsarət alıb.

 

"South China Morning Post" qəzetinin yazdığına görə, bəzi etirazçılar yolları bağlamaq və polisin hərəkətinə mane olmaq üçün metal çəpərlərdən istifadə edib. Sonradan bu çəpərlər məişət tullantıları konteynerləri və yol nişanları ilə daha da möhkəmləndirilib.

 

Qeyd edək ki, Honkonqda yeni qanun layihəsi yüz minlərlə insanın etirazı ilə qarşılanıb. Qanun layihəsi məsuliyyətdən yayınaraq gizlənən şübhəli şəxslərin ekstradisiyasını nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650
avatar

Oxşar yazılar