Haitidə 174 məhbus mühafizəçini öldürərək həbsxanadan qaçıb.
APA-nın “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Haitinin şimalındakı Arkahay yaşayış məntəqəsində qeydə alınıb.
Haitinin ədliyyə naziri məhbuslardan biri həbsxananın hasarından yıxılaraq ölüb. Məhbusların həbsxanada silah ələ keçirdiyi bildirilir.
“İnsident zamanı bir mühafizəçi ölüb, iki məhbus yaralanıb”, - deyə nazir qeyd edib.