
Hansı ölkələr daha çox nüvə silahına sahibdir?
Dünyanı nüvə silahlarından təmizləmək üçün müxtəlif tədbirlər keçirilir, bu məsələdə razılaşma əldə etmək üçün əmək sərf olunur.
Amma buna baxmayaraq, dünyada nüvə silahına qarşı mübarizə aparan ölkələrin özlərinin nə qədər nüvə silahına sahib olduğu diqqət çəkir.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının hazırda 6450 ədəd nüvə silahı var.
Bu siyahıda ikinci yer Rusiyaya məxsusdur. Ölkənin hazırda 4200 nüvə silahı mövcuddur.
Avropa ölkələrindən Fransanın 300, İngiltərənin isə 215 nüvə silahı var.
Asiya ölkələri arasında ən çox nüvə silahına sahib ölkə olan Çinin 280 silahı var.
Hindistanın 130-140, Pakistanın 140-150, Şimali Koreyanın 10-20 arasında nüvə silahının olduğu ehtimal olunur.
Cənubi Koreyanı mətbuatında yer alan xəbərlərə görə isə Şimali Koreyanın nüvə silahının sayı 60-a yaxındır.
Ötən ilin hesabatına görə İsrailin 80 nüvə silahı var.
Oxşar yazılar

Los-Ancelesdə iğtişaşlar böyüyür - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 09:13
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47
Los-Ancelesdə iğtişaşlar böyüyür - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi
8 iyun 2025 , 07:43
Prezidentliyə namizən sui-qəsdə uğradı - Başından yaralıdır
8 iyun 2025 , 06:45
Dünya şöhrətli tiktoker Xabi Leym ABŞ-da saxlanıldı
8 iyun 2025 , 06:17
Maliyyə naziri Maskın gözünün altını göyərtdi
8 iyun 2025 , 04:18
Kişi avtomobili izdihamın üstünə sürdü - Arvadı və qızı da yaralandı - YENİLƏNİB
8 iyun 2025 , 01:14