Hakan Şükür Ərdoğana qarşı edilən xainliyi lənətlədi
25 avqust 2016 11:15 (UTC +04:00)

Hakan Şükür Ərdoğana qarşı edilən xainliyi lənətlədi

 

Türkiyəli tanınmış futbolçu, FETÖ istintaqı zəminində haqqında saxlanılma qərarı çıxarılan Hakan Şükür özünün “Facebook” sosial şəbəkəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana müraciət edərək yanında olduğunu ifadə edib. O müraciətində yaşadıqlarının heç birinə layiq olmadığını deyib.

 

 

Lent.az həmin müraciətin qısa məzmununu təqdim edir:

 

 

“Dəyərli dostlar, yaşadıqlarım və haqqımda söylənilənlərin heç birinə layiq olmadığım üçün çox üzülürəm. Hər zaman təmiz həyat yaşadım, yaxşılıq düşündüm. Ehtiyacı olan hər kəsə yardım etməyə çalışdım. Bəzən bu yaxşı niyyətinin qurbanı da ola bilər insan...Ailəm başda olmaqla hər birimiz bu olanlara çox üzülürük. Ailəmin heç bir fərdinin FETÖ ilə əlaqəsi yoxdur. Ortadakı iddiaları qətiyyən qəbul edilə bilməz. Ümid edirəm, haqq öz yerini tapar. İllərini ölkəsinə xidmət etmək üçün sərf etmiş, ölkəsini hər yerdə tanıtmış, bayrağını dalğalandırmış bir idmançı olaraq bu şeyi yaşamaq çox çətindir. Yenidən seçilmiş dövlət başçısına, demokratiyaya qarşı edilmiş bu xain davranışı lənətləyir, şəhidlərimizə rəhmət diləyirəm. Ölkəmi, bayrağımı, millətimi çox sevdiyimi və necə təmsil etdiyimi deməmə ehtiyac duymuram, ölkəmin hüzura qovuşmasını diləyirəm. Allah dövlətimi, ölkəmi, millətimi qorusun. Amin”.

 

Qeyd edək ki, Hakan Şükürün atası FETÖ-yə maliyyə yardımı göstərməkdə şübhəli bilinərək həbs olunub.  Onun Türkiyədəki daşınmaz əmlakının müsadirə edilməsi haqda da sanksiya  verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

Oxşar yazılar