Gürcüstanın Konstitusiya məhkəməsi ölkədə marixuana istifadəsini leqallaşdırıb.
Lent.az-ın “oxu.az”-a istinadən xəbərinə görə, məhkəmə marixuana istifadəsini şəxsin azad inkişafı hüququ ilə mühafizə olunan əməl kimi dəyərləndirib.
Beləliklə də, Gürcüstanda marixuana istifadəsinə görə nəzərdə tutulan bütün sanksiyalar ləğv edilib.
Bununla da Konstitusiya məhkəməsinin işləri üzrə Kollegiya “Girçi” Partiyasının üzvləri Zurab Caparidze və Vaxtanq Meqrelişvilinin iddiasını təmin edib. Onlar marixuananın həkim təyinatı olmadan istifadəsi üçün nəzərdə tutulan bütün sanksiyaların Konstitusiyaya zidd elan olunmasını istəyirdilər.
Qeyd edək ki, indi Gürcüstanda marixuananın istifadəsi azaddır, amma onun alınması və saxlanılmasına tətbiq edilən qadağa qüvvədə qalır.