Gürcüstanda güclü qar nəticəsində 2 nəfər öldü
02 fevral 2017 03:53 (UTC +04:00)

Gürcüstanda güclü qar nəticəsində 2 nəfər öldü

0

Gürcüstanın Acarıstan Muxtar Respublikasında yağan güclü qar nəticəsində 2 nəfər ölüb.

 

 

APA-nın “İnterfaks” agentliyinə istinadən məlumatına görə, bir nəfər uçqun altında qalıb, daha bir nəfər isə donvurmadan ölüb.

 

 

Ayrı-ayrı ərazilərdə qar örtüyünün hündürlüyü 2 metrə çatıb. Bir sıra dağlıq ərazilərdə güclü qar elektrik xətlərini sıradan çıxarıb, nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb, məktəblər bağlanıb.

 

 

Meteoroloqların proqnozlarına görə, Gürcüstanda qeyri-sabit hava şəraitinin fevralın 5-dək davam edəcəyi gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar