Gürcüstanda Müsəlman-Demokrat Hərəkatı təsis edilib.
Lent.az-ın Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, yeni təşkilatın təsisçiləri Bünyamin Qasımov, Elvin Buntürk və Kamran Məmmədovdur.
Bünyamin Qasımov deyib ki, Müsəlman-Demokrat Hərəkatı Gürcüstanda demokratik və ümumi dəyərlərə əsaslanacaq və vətəndaş cəmiyyətinin formalaşmasına kömək edəcək. Onun sözlərinə görə, Müsəlman-Demokrat Hərəkatına bütün vətəndaşlar üzv ola bilər. Qasımov onu da qeyd edib ki, Müsəlman-Demokrat Hərəkatı çərçivəsində Asiya Azadlıq Məktəbi də yaradılacaq. Məktəbə Gürcüstan vətəndaşı olan 15 azərbaycanlı cəlb ediləcək, onlar 3 ay ərzində məşhur siyasətçi və ekspertlərin mühazirələrini dinləyəcəklər.