Gürcüstanda 10 polis işdən çıxarıldı
24 iyun 2019 17:50 (UTC +04:00)

Gürcüstanda 10 polis işdən çıxarıldı

Gürcüstanda 10 polis əməkdaşı iyunun 20-21-də Tbilisidə keçirilən aksiyanın dağıdılması zamanı qeyri-bərabər güc tətbiq etdiyi üçün işdən azad edilib.
 
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin departament rəhbəri Mamuka Çelidze məlumat verib. O qeyd edib ki, vəzifə səlahiyyətlərinə son verilən hüquq-mühafizə orqanı əməkdaşlarının işi Baş Prokurorluğa təqdim ediləcək.
 
Qeyd edək ki, Tbilisidə beş gündür davam edən etiraz aksiyalarında səsləndirilən tələblərdən biri də aksiyada qeyri-bərabər güc tətbiq edən polislərin cəzalandırılmasıdır.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818
avatar

Oxşar yazılar