Gürcüstan prezidenti Tiflis cümə məscidinə gedib
04 iyun 2019 09:49 (UTC +04:00)

Gürcüstan prezidenti Tiflis cümə məscidinə gedib

Gürcüstan prezidenti Salome Zurabişvili Ramazan bayramı münasibəti ilə Tiflis Cümə məscidinə gedib.
 
APA -nın yerli bürosu xəbər verir ki, prezident müsəlmanları Ramazan baryamı münasibəti ilə təbrik edib, onlara öz arzularını çatdırıb. Bildirib ki, Gürcüstanda hər kəs mövcud olan dini dözümlülüyü qorumaq üçün əlindən gələni etməlidir: "İslam dini sülh və əmin-amanlıq dinidir. Bu gün Gürcüstanda bütün dinlərə qarşı tolerantlıq mövcuddur. Amma təəssüf ki, hazırda dünyanın bir sıra ölkələrində vəziyyət fərqlidir. Ona görə də biz birlikdə möhkəm dayanmalı və hər kəsə nəyə qadir olduğumuzu göstərməliyik”.
 
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Yasin Əliyev isə öz növbəsində Gürcüstan prezidentinə məscidə gələrək müsəlmanları ziyarət etdiyinə görə təşəkkür edib.
 
Qeyd edək ki, Gürcüstanda Ramazan bayramı bu gündən qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772
avatar

Oxşar yazılar