Gürcüstan prezidenti ABŞ-da cərimələndi
31 iyul 2018 06:42 (UTC +04:00)

Gürcüstan prezidenti ABŞ-da cərimələndi

Gürcüstan prezidenti Georgiy Marqvelaşvili ABŞ-a rəsmi səfəri zamanı mehmanxanada siqaret çəkdiyinə görə cərimələnib.

 

Lent.az-ın “oxu.az”-a istinadən xəbərinə görə, “İmedi” telekanalı məlumat yayıb.

 

“Hadisə mart ayında baş tutan səfər zamanı meydana gəlib. Marqvelaşvili siqaret çəkdiyinə görə 750 dollar məbləğində cərimələnib”, - məlumatda deyilir.

 

Gürcüstan prezidentinin əvvəllər də belə “xətalara” yol verdiyi qeyd olunur. “Amma ən dəhşətlisi budur ki, cərimələri prezident öz vəsaiti hesabına deyil, dövlət büdcəsindən ödəyir”, - “İmedi” yazır.

 

Telekompaniya xatırladır ki, 2018-ci ilin mayında Marqvelaşvili ezamiyyət xərclərinə görə ittihamlara hədəf olmuşdu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443
avatar

Oxşar yazılar