ABŞ-ın Cənubi Karolina ştatındakı hərbi bazalarından birinin komandiri olan briqada generalı Brayn Roberts ordudan qovulub.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, buna səbəb Brayn Robertsin həyat yoldaşına xəyanət etməsinin üzə çıxması olub.
General adı açıqlanmayan bir qadınla yaxın münasibətdə günahlandırılır. ABŞ hərbi qanunvericiliyinə əsasən, hərbçinin xanımına xəyanəti cinayət sayılır. Bundan əlavə, Brayn Roberts mübahisə zamanı başqa bir qadına yumruqla zərbə endirərək ona xəsarət yetirməkdə də günahlandırılır.