FTB Trampın eks-müşavirini dindirdi
15 fevral 2017 03:46 (UTC +04:00)

FTB Trampın eks-müşavirini dindirdi

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) prezidentin milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flini Rusiya səfiri ilə danışıqlar apardığına görə dindirib.  Həmin danışıqlar M.Flinin istefaya getməsi ilə nəticələnib. APA-nın “New York Times”a istinadən verdiyi xəbərə görə, Flinin FTB-yə verdiyi ifadələrin yalan olması müəyyən ediləcəyi təqdirdə o, cinayət məsuliyyətinə cəlb olunacaq.

 

Qeyd edək ki, Flin bazar ertəsi axşam saatlarında istefa verib. İstefa ərizəsində o, Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə təmasları barədə Ağ Evə tam məlumat vermədiyini etiraf edib.  

 

Bundan əvvəl bildirilmişdi ki, Flin 2016-cı ilin dekabrında Sergey Kislyakla Rusiyaya qarşı tətbiq olunan sanksiyaları müzakirə edib. Trampın komandası o zaman bu məlumatları təkzib etmişdi.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 176
avatar

Oxşar yazılar